Futbol üzrə Türkiyə Super Liqasında 2017/18 mövsümünün ən yaxşıları açıqlanıb.
Sportarena.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası ötən mövsümün ən yaxşıları üçün təltifolunma mərasimi də təşkil edib.
Mərasimdə 9 müxtəlif kateqoriya üzrə qaliblər açıqlanıb:
İlin qapıçısı: Fernando Muslera (Qalatasaray)
İlin müdafiəçisi: Pepe (Beşiktaş)
İlin yarımmüdafəçisi: Əmrə Belözoğlu (Başakşəhər)
İlin hücumçusu: Bafetimbi Qomis (Qalatasaray)
İlin ən yaxşı türkiyəli legioneri: Cengiz Ünder (“Roma”, İtaliya)
İlin feyr-pley davranışı: Məhəmməd Dəmir (Sivasspor)
İlin baş məşqçisi: Fatih Terim (Qalatasaray)
İlin ən yaxşı qolu: Rikardo Kuaresma (“Beşiktaş”, “Fənərbaxça” ilə matçda vurduğu qol)
İlin rəmzi komandası: Muslera - Mariano, Şkrtel, Pepe, Adriano - Əmrə Belözoğlu, Rodriges, Visça, Taliska, Burak Yılmaz, Qomis