Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi

16:30 13 Sentyabr 2018

13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov nitq söyləyib. O, qeyd edib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ağır atletikada əldə edilən nailiyyətlər buna öz töhfəsini verməkdədir: “Ölkəmizdə hər il çox sayda beynəlxalq yarışlar keçirilir, eyni zamanda idmançılarımız turnirlərə qatılaraq layiqli çıxışlar nümayiş etdirirlər. Ağır atletlərimiz də son zamanlar uğurlu çıxışları ilə fərqlənirlər. Onlardan ikisi oktyabrda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb. Əminəm ki, onlar növbəti dəfə ümidlərimizi doğruldacaqlar.

 

Daxili yarışlarımız da təşkilatçılıq baxımından əz yüksək səviyyəsini qoruyur. Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi də bu qəbildəndir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. İştirakçıların hər birinə uğurlar arzulayır, “Qoy güclü qalib gəlsin” deyirəm”. Yarışlar rəsmi şəkildə açıq elan edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.


Digər xəbərlər

Xəbər xətti