Cüdoçumuz Sofiyada medal qazandı

21:32 14 Sentyabr 2018

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir.

 

Sportarena.az xəbər verir ki, qitə birinciliyinin ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb. 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub. Birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

 

Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti