Rafael Ağayev finala yüksəldi

12:40 15 Sentyabr 2018

Azərbaycanın tanınmış idmançısı Rafael Ağayev Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqasında finala vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan R.Ağayev Rodriqo İbanez (İspaniya)Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edərək finala yüksəlib. Onun bazar günü finaldakı rəqibi yapon idmançısı Yusey Sakiyama olacaq.

 

Milli komandanın digər üzvü - 60 kq çəki dərəcəsində yarışan Firdovsi Fərzəliyev Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) sonda medalçılar sırasına düşə bilməyib. Karate1 Premyer Liqasında ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaq.

 


Digər xəbərlər

Xəbər xətti