“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”da işlədiyi dönəmdən danışıb.
Komanda.az xəbər verir ki, Pep Serxio Busketsin “Barsa”ya yeni gəldiyi vaxtları da xatırlayıb. O, Lionel Messinin Busketsi 3 gündən sonra bəyəndiyini də bildirib: “Messinin mənə nə dediyini xatırlayıram. 2-3 günlük məşqdən sonra Leo mənə yaxınlaşdı və dedi: “Buskets mənim xoşuma gəlir”.
Qvardiola deyib ki, Messi daha sonra bunları əlavə edib: “Bizim problemimiz yarananda, mərkəzdə o olacaq. Buskets hər şeyi ətrafda olanlar üçün edir”.
Buskets “Barselona”nın yetirməsi sayılır və əsas komandada 2008-ci ildən çıxış edir.