Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel Paris təmsilçisinin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, bu komanda tarixində ilk dəfə mövsümün ilk 5 matçından qələbə ilə ayrılıb. Bu isə məhz almaniyalı mütəxəssisin rəhbərliyi altında gerçəkləşib.
Qeyd edək ki, 45 yaşlı məşqçinin bu yaydan çalışdırdığı PSJ geridə qalan 5 turda “Sent-Etyen” (4:0), “Nim” (4:2), "Anje" (3:1), "Genqam" (3:1) və "Kan"a (3:0) qalib gəlib.