Bu gün futzal üzrə Birinci Liqada I turun qalan 4 oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən ilk qarşılaşmada iki ali təhsil qurumunun komandası üz-üzə gəlib. Daha təcrübəli hesab edilən Namiq Quliyevin komandası böyükhesablı qələbə qazanıb.
Günün ikinci oyununda isə “sülh” qeydə alınıb. Düzdü, oyunun gedişində “Sovetski” FK ardıcıl 3 top vurmağı bacarıb. Amma ruhdan düşməyən “Şərq” bərabərliyi bərpa edib. Beləliklə debütantlar mövsümə xalla başlayıb. İki ay əvvəl yaradılan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası isə Çinar Cəbrayıl-la “siftə” edib. Ağatahir Əzimov məşqçi kimi ilk rəsmi oyunda 3 xal qazanıb. Turun son qələbəsini isə Baku Fire aktivinə yazdırıb.
AZMIU – ADBTİA 1:7
Sovetski FK - Şərq 3:3
Çinar Cəbrayıl - U-19 2:9
Metropoliten - Baku Fire 1:7