İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər.
Sportarena.az xəbər verir ki,buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidir.
Bu davranışına görə qırmızı vərəqə alan Duqlas Kosta 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb. Üstəlik, matçın gedişində Federikonun üzünə dirsəklə vurub.
İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir.