Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri rəsmən müəyyənləşib
Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. Erediviziya təmsilçisi “Utrext”lə anlaşan məşqçi artıq vəzifəsinin icrasına başlayacaq. Klubun rəsmi saytı Advokatla mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd dək ki, PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya millilərinin də baş məşqçisi olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda işləyib.