Türkiyədə xoşagəlməz olay - Azarkeş meydanda hakimi döydü

15:00 18 Sentyabr 2018

Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Balıkesirspor” – “Ümraniyespor” matçının ilk hissəsi bitən zaman meydana daxil olan azarkeş oyunun hakimi Atilla Karaoğlana hücum edib.
Meydan sahiblərinin azarkeşi referiyə yumruq atıb. Bu səbəbdən hakimlər ikinci hissəyə çıxmayıblar və qarşılaşma yarımçıq qalıb.

Qeyd edək ki, hadisə ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək.


Digər xəbərlər

Xəbər xətti