Nazarov zədələnib? - baş məşqçidən açıqlama

18:00 18 Sentyabr 2018

Erzgebirge"nin futbolçusu Dmitri Nazarovun Almaniya ikinci bundesliqasının 5-ci turunda "Sankt-Pauli"yə qarşı matçda oynamamağının səbəbi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin baş məşqçisi Daniel Mayer məlumat verib. O bildirib ki, gənc oyunçulara şans vermək üçün bu addımı atıb. D.Mayer "Duysburq"la görüşdə millimizin yarımmüdafiəçisinin meydanda olacağını söyləyib.

 

Qeyd edək ki, D.Nazarovun yığmamızın düşərgəsindən zədəli qayıtdığı üçün  "Sankt-Pauli" ilə görüşü buraxdığı iddia olunurdu.


Digər xəbərlər

Xəbər xətti