Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukrayna ilə yoldaşlıq oyunu keçirib və 0-7 hesabı ilə rüsvayçı şəkildə məğlub olub.
Sportarena.az xəbər verir ki, matçdan sonra Ukrayna millisinin baş məşqçisi Vladimir Ezerskiy fikirlərini bölüşüb. 41 yaşlı mütəxəssis daha yaxşı oynamalı olduqlarını bildirib: "Oyunumuzda müəyyən çatışmazlıqlar var. Mən daha yaxşı olmasını istəyirəm. Klublar millinin təqvimini nəzərə almırlar. Bəzi komandalar futbolçuları heç buraxmaq da istəmirdi. Əsas da xarici klublarda problem yaşanır. Başa düşürəm, bu, yoldaşlıq görüşüdü. Amma biz bu oyunda yeni futbolçular gördük. Onların bir çoxu özlərini sübut edəcəklər. Avropa çempionatının seçmə mərhələsindən öncə yaxşı toplantıdır. Futbolçularımız şənbə günü klublarında oynayıblar. Azərbayana qarşı tam qüvvə ilə oynamadıq. İki gün sonra bu rəqiblə yenə qarşılaşacağıq. Bərpa olmaq üçün az vaxt qalıb".