17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, millimiz Moldovadakı District Sport Kompleksində İslandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, millimiz növbəti matçda İngiltərə ilə üz-üzə gələcək.
19 sentyabr
16:00. İslandiya - Azərbaycan