Bu gün Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı start götürüb.
Sportarena.az xəbər verir ki, Miilli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 3 Azrbaycan idmançısı tatamiyə çıxıb.
60 kq çəkidə çıxış edən Kəramət Hüseynov 5-ci yeri tutub. Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.
60 kq çəkidə yaponiyalı idmançı Naohisa Takato qızıl medal qazanaraq üç qat dünya çempionu olub. Rusiyalı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuju Naqayama bürünc medala sahib olub.
48 kq çəkidə mübarizə aparan qadınlardan 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Yaponiyalı Funa Tonaki gümüş, argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax isə bürün medala sahib olub.