İki cüdoçumuz çıxışını başa vurub - YENİLƏNİB

12:40 21 Sentyabr 2018

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, 66 kq çəkidə çıxış edən idmançı 1/16 finalda braziliyalı Daniel Karqninə uduzub.

 

Qeyd edək ki, bu gün mübarizə aparan Azərbaycanın digər idmançısı - 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda məğlub olub.

 

*****

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər. Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

 

Qadınlar

52 kq

1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

 

Kişilər
66 kq

1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub. 


Digər xəbərlər

Xəbər xətti