Azərbaycanlı futbolçu ən yaxşı seçildi

15:13 21 Sentyabr 2018

Rusiyanın "Rostov" klubunda forma geyinən azərbaycanlı futbolçu Ayaz Quliyev komandasının heyətində həftənin ən yaxşı futbolçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, Quliyev azarkeşlər arasında keçirilən sorğunun nəticəsində Premyer Liqanın 7-ci turunda "Ural"la səfər matçının ən yaxşısı olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Ural" - "Rostov" görüşü 1:1 hesabı ilə başa çatıb. Ayaz komandasının vurduğu qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti