Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Fənərbağça"nın səfərdə Zaqreb "Dinamo"suna 1:4 hesablı məğlubiyyəti azarkeşkləri narazı salıb.
Sportarena.az xəbər verir ki, fanatlar İstanbul klubunun ölkə çempionatında geridə qalan 5 turda cəmi 6 toplaması və AL-də məğlubiyyətinə görə baş məşqçi Filip Kokunu günahlandırıb. Onlar hollandiyalı çalışdırıcıdan istefa tələb edib.
Filip Koku bu mövsümün əvvəlindən "Fənərbağça"nı çalışdırır.