Hidayət Heydərov ilk medalmızı qazandı- YENİLƏNİB

19:08 22 Sentyabr 2018

Hidayət Heydərov yarımfinalda yapon rəqibi Haşimotoya ipponla uduzdu.

******************

Hidayət Heydərov 1/4 finalda monqolustanlı Canbaatara qalib gələrək yarımfinala çıxıb.

*******************

Hidayət Heydərov növbəti qələbəsini qazanıb. O, tacikistanlı Behruzi Hodjazodanı udub.

*****************

Rüstəm Orucov isə 1/8 finalda monqolustanlı Çoqbatar Çend-Oçirə uduzub.

****************

Hidayət Heydərov da növbəti qələbəsini qazanıb. O, monakolu Sedrika Bessini ipponla udub.

***************

Rüstəm Orucov növbəti qələbəsini də ipponla qazanıb. O, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvorçovu məğlub edib.

***************

Hidayət Heydərov da ilk görüşündə ipponla qalib gəlib.

***************

Mundxçenev ilk görüşdə uduzub. Rüstəm Orucov isə ipponla misirli rəqibinə qalib gəlib.

**************

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək. Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

 

Dünya çempionatı

57 kq

 

1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

 

73 kq

1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)

 

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti