İkiqat dünya çempionu Bakıda

12:43 22 Sentyabr 2018

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 

 

Sportarena.az xəbər verir ki,  bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.

 

Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 

 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti