Millimiz İngiltərəyə qarşı

13:35 22 Sentyabr 2018

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Moldovadakı “Technical Centre Vadullui Voda” stadionunda, saat 16:00-da başlayacaq oyunda U-17 İngiltərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

 

Oyunu Katarina Kampos (Portuqaliya) idarə edəcək. Ona həmyerlisi Vanessa Alexandra Dias və moldovalı Maria Buclis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natalia Ceban (Moldova) yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti