"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Sokratis Papastatopulos zədələnib.
Sportarena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"a qarşı matçın (2:0) 39-cu dəqiqəsində dizindən zədə alıb və məcburi əvəzlənib. 30 yaşlı müdafiəçinin zədəsinin ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-ü evdə “Arsenal”a qarşı keçirəcək.