“Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə-2” – “Səbail-2” matçında “Səbail-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Sabah-2” matçının 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozub. Bu səbəbdən kənarlaşdırılan baş məşqçi 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.
MOİK – “Zirə-2” matçında “Zirə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Zaqatala” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.