Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyunda zədələnən "Sportinq"in müdafiəçisi Jeremi Matye bir müddət futbol oynamayacaq.
Sportarena.az xəbər verir ki, zədələnərək, oyunu yarımçıq tərk edən 32 yaşlı futbolçu 1 aylıq sıradan çıxıb.
Qeyd edək ki, sözügedən matçda "Sportinq" 2-0 hesabı ilə qalib gəlmişdi.