İndoneziyanın futbol üzrə ikinci divizionunda oynanılan “Qresik Yunayted”-“Persiva Vamena” matçında maraqlı hadisə baş verib.
Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində hakim qonaqların qapısına penalti təyin edib. Qonaq komandanın oyunçuları buna görə hakimə fiziki təzyiq göstərib, onu döyüblər. İki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Hakimin qərarı dəyişməyib, penalti vurulub.