Cüdoçumuz gümüş medal qazandı - YENİLƏNİB

18:02 26 Sentyabr 2018

100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

*******************

Kindzerska ikinci görüşündə Melisso Mojika ilə qarşılaşmada uduzub.

*******************

78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq. 

*******************

Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb

*******************

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər. İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlayacaq.

 

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

 

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti