Türkiyənin “Ərzurumspor” klubunun baş məşqçisi Mehmet Altıparmak vəzifəsindən uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, Super Liqanın 6-cı turunda “Ankaragücü”nə öz meydanında 0:1 hesabıyla məğlub olan “Ərzurumspor”un baş məşqçisinin müqaviləsinə xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin yeni namizədlərlə görüşdüyü bildirilib.
Super Liqaya bu mövsüm yüksələn “Ərzurumspor” 6 turdan sonra 2 xalla son pillədə qərarlaşıb.