Türkiyə futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi etməyə iddialıdır.
Sportarena.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA-nın sabah keçiriləcək toplantısında bununla bağlı yekun qərar veriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan toplantıdan ədalətli qərar gözlədiklərini bildirib: “Türkiyə ev sahibliyi üçün irəli sürülən bütün şərtləri yerinə yetirdi. Ədalətli qərar gözləyirik”.
Qeyd edək ki, UEFA prezidenti və müavinlərindən ibarət 17 nəfərlik Təşkilat Komitəsi sabahkı toplantıda Avro-2024-üv ev sahibini müəyyən edəcəklər.