Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportarena.az xəbər verir ki, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub. Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib.
Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1.
1/4 final mərhələsində rəqib Yaponiya olacaq.
Dünya çempionatı
27 sentyabr
Komanda yarışları
1/8 final
Azərbaycan - Avstriya - 4:1
57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.
70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1
+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0
90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0
+90 kq. Tornike Kokauri - Daniel Allerstorfer - 1:0
73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib.
**************
1/4 final
Azərbaycan - Yaponiya - 2:4
57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1
70 kq. Günel Həsənli – Yoko Ono - 0:1
+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1
90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0
+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0
73 kq. Rüstəm Orucov – Arata Tatsukava - 0:1
*************
Azərbaycan - Hollandiya - 4:2
57 kq. İçinxorlu Munxtsedev – Devi Kartauz – 1:0
70 kq. Günel Həsənli – Fransen Yul - 0:1
+70 kq. İrina Kindzerska – Van Dik Sanne - 1:0
90 kq. Məmmədəli Mehdiyev – Noel Van End - 1:0
+90 kq. Uşangi Kokauri – Roy Meyer - 0:1
73 kq. Hidayət Heydərov – Sam Van Vestend - 1:0