Futbol üzrə Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv aşağı liqa təmsilçisi “Payasspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib.
Ufuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.