Millimiz Ermənistan üçün heyəti açıqladı

11:35 28 Sentyabr 2018

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində üz-üzə gələcək komandaların heyətləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığmasından Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla birinci lövhədə üz-üzə gələcək. Onun bacısı Zeynəb Məmmədyarova da Yunanıstan millisinin lideri Anna-Mariya Botsari ilə qarşılaşmada ön lövhədə yer alacaq. Məmmədyarovlar qara fiqurlarla mübarizə aparacaqlar.

 

Komandaların heyətləri:

Ermənistan - Azərbaycan

Levon Aronyan - Şəhriyar Məmmədyarov

Qabriel Sargissyan - Teymur Rəcəbov

Qrant Melkumyan - Arkadi Naydiç

Hayk Martirosyan - Rauf Məmmədov

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.

Yunanıstan - Azərbaycan

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova

Stavrula Tsolakidu - Xanım Balacayeva

Anastasiya Avramidu - Gülnar Məmmədova

Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva

Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək.

 

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 


Digər xəbərlər

Xəbər xətti