Futbol üzrə İsveç çempionatında 23-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Hakken”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Kalmar” hazırda 28 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.