Şahmat millimiz Ermənistanı məğlub etdi

20:02 28 Sentyabr 2018

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun oyunları  keçirilib.

 

Sportarena.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Ermənistanla üz-üzə gəlib. Qadın şahmatçılarımız Yunanıstanla qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.

 

Ermənistan - Azərbaycan - 1.5:2.5

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0:1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0.5 - 0.5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

Yunanıstan (qadınlar) - Azərbaycan (qadınlar) - 1 - 3

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova - 0.5:0.5
Stavrula Tsolakidu - Xanım Balacayeva - 0:1 
Anastasiya Avramidu - Gülnar Məmmədova - 0.5:0.5
Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva - 0:1

5 turdan sonra xallarının sayını 10-a yüksəldən kişilərdən ibarət Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti