"Tottenhem" futbolçusu Dele Alli ilə yeni müqavilə barədə razılığa gəlib.
Sportarena.az xəbər verir ki, London klubunun İngiltərə millisinin üzvü ilə danışıqları uğurlu alınıb. Tərəflər arasında 2022-ci ilə qədər müqavilə imzalanacaq. Klubun yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən 22 yaşlı yarımmüdafiəçi Premyer Liqada 111 oyunda 38 qol vurub.