Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın 1998-ci il dünya çempionatının finalında geyindiyi forma hərrəca çıxarılacaq.
Sportarena.az xəbər verir ki, forma oktyabrın 13-də Fransanın paytaxtı Parisdə "Drouot" hərrac evində satışa çıxarılacaq.Hərracın təşkilatçısı Jan-Mark Leyne bildirib ki, Zidanın final görüşünün ilk hissəsində geyindiyi və yuyulmayan formasından 20-40 min avro gəlir əldə etməyi planlaşdırırlar. O, formanı Zidana yaxın olan bir şəxsdən aldığını deyib.
Xatırladaq ki, Fransa millisinin Braziliyanı 3:0 hesabı ilə məğlub etdiyi final qarşılaşmasında Zidan dubl etmişdi.