"Millətlər Liqasına çox ciddi hazırlaşırıq. Dörd oyunumuz var. Əsas diqqətimiz Farer adaları ilə matça yönəlib”.
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında deyib. O, Millətlər Liqasının növbəti turunda Farer adaları ilə səfər oyununda komandada müəyyən dəyişiklilərin ola biləcəyini vurğulayıb: "Heyətdə yeni futbolçular ola bilər. Hər oyuna ciddi yanaşırıq. Mümkün qədər çox xal toplamaq lazımdır".
Qeyd edək ki, milli komanamız oktyabrın 11-də səfərdə Farer adaları, oktyabrın 14-də isə Bakıda Malta ilə qarşılşacaq.