AFF prezidenti “Araz”la görüşdü

19:35 1 Oktyabr 2018

Bu gün Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Bakı İdman Sarayında ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz” klubunun üzvləri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, AFF prezidenti komandanın hazırlıq durumu ilə maraqlanıb, əsas seçmə mərhələ çərçivəsində Slovakiyada keçiriləcək qrup oyunlarında təmsilçimizə uğurlar arzulayıb.

 

Baş məşqçi Joze Alesio Da Silva isə komandanın oyunlara hazır olduğunu, məqsədə nail olmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.

 

Qeyd edək ki, “Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Litvanın “Vytis”, ertəsi gün Maltanın “Valletta” komandası ilə qarşılaşacaq. Qrupda son oyun meydan sahibi “Luçence”yə qarşı keçiriləcək ki, bu görüş oktyabrın 6-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti