Millimiz ikinci məğlubiyyətlə üzləşdi

13:02 2 Oktyabr 2018

Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya Çempionatında növbəti tura start verilib.

 

Sportarena.az xəbər verir ki, C qrupunda yer alan komandamız 3-cü turda Rusiya ilə üz-üzə gəlib. 

 

Görüş gözlənildiyi kimi şimal qonşumuzun komandasının üstünlüyü ilə keçib. Oyunun əvvəlindən üstünlüyü ələ alan rusiyalılar təşəbbüsü sonadək qoruyublar. 3 hissə davam edən qarşılaşmada yığmamız quru hesablı məğlubiyyətə üzülüb. 

 

DÇ, qadınlar

2 oktyabr

C qrupu

III tur

 

Rusiya - Azərbaycan 3:0 (25:21, 25:22, 25:21)

 


Digər xəbərlər

Xəbər xətti