Azərbaycan Şahmat Olimpiadasında birincidir

13:43 2 Oktyabr 2018

Azərbaycan Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında birinci yerdədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə chess-results.com saytında nəticələr açıqlanıb. Azərbaycan 7-ci roundda Polşa komandasına qalib gələrək yarışın qalibi olub. Çərşənbə axşamı Azərbaycanın kişi və qadınlardan ibarət komandaları ABŞ komandaları ilə görüşəcək. Ermənistan komandaları isə Polşa komandası ilə görüşəcək.

"Batumi olimpiyadasının ən böyük görüşü bu gün keçiriləcək!" - chess.com saytı yazıb. Olimpiadada Rusiya 16-cı, Türkiyə 20-ci, Gürcüstan 24-cü yerdədir.

 

Chess.com saytı yazır ki, yarışlar başlayandan bütün gözlər polşalı qrossmeyster Jan-Krzysztof Duda və azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov arasındakı görüşdə olub. Müəllif Şəhriyar Məmmədyarovu "oyunda ən yaradıcı qrossmeysterlərdən biri" adlandırıb.


Digər xəbərlər

Xəbər xətti