"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda SSKA ilə oyunu buraxacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb uelsli hücumçunun zədəli olmasıdır. La Liqanın 7-ci turunda "Atletiko" ilə matçda (0:0) zədələnən Q.Beylin SSKA ilə görüşə kimi hazır olmayacağı müəyyənləşib.
Xatırladaq ki, SSKA - "Real" matçı sabah keçiriləcək.