Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya Çempionatında iştirak edən Azərbaycan millisi 3-cü turda Rusiya ilə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri görüşdən əvvəl yığmamızın üzvləri, məşqçilər və texniki heyəti ilə görüşüb.
Görüşdə iştirak edən səfir Gürsel İsmayılzadə və konsul Fərid Talıbov voleybolçularımıza qarşıdakı oyunlarda uğurlar arzu ediblər. Daha sonra "Kobe Green Arena"dan oyunu canlı izləyərək qızlarımıza dəstək olublar.