“Araz”ın ÇL oyunlarının hakimləri bilindi

18:49 2 Oktyabr 2018

UEFA Çempionlar Liqasında sabah – oktyabrın 3-də ilk oyununa çıxacaq “Araz” Litva çempionu “Vytis” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib.

 

Bakı vaxtı ilə saat 17:30-da, Slovakiyanın Luçenec şəhərindəki Sportova Hala Arenada start fitini rusiyalı referi İvan Şabanov səsləndirəcək. İkinci hakim almaniyalı Sven Eichler, üçüncü referi isə isveçrəli David Schaerli olacaq. Oktyabrın 4-də, eyni məkanda və saatda “Valletta” ilə keçiriləcək matça isə baş hakim kimi Sven Eichler təyinat alıb. Ona ikinci referi kimi türkiyəli Kamil Çetin, üçüncü hakim kimi İvan Şabanov kömək edəcək.

 

Oktyabrın 6-da meydan sahibləri ilə keçiriləcək oyuna təyinatlar isə hələ açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti