Qrupumuzdakı digər oyunlarda eyni hesab qeydə alınıb

20:34 2 Oktyabr 2018

Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya Çempionatında növbəti turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunda 3-cü tur çərçivəsində 3 görüş keçirilib. Günün ilk qarşılaşmasında millimiz Rusiyaya quru hesabla uduzub. Növbəti oyunda Trinidad və Tobaqu - Tayland cütü münasibətlərinə aydınlıq gətiriblər. Bu matçda gözlənildiyi kimi sevinən tərəf Tayland olub - 3:1. Növbəti qarşılaşmada da eyni hesab qeydə alınıb. Bu dəfə isə ABŞ millisi CƏnubi Koreyanı 3:1 hesabı ilə üstələyib. 

 

Beləliklə, 3 turdan sonra maksimum nəticə göstərən ABŞ 9 xalla qrup liderliyini qoruyub.  1 xal az toplayan Rusiya isə ikinci pillədə qərarlaşıb. Hesabında 6 xalı olan Tayland 3-cü, Azərbaycan isə 3 xalla 4-cü yerdədir. Hələ qələbə qazanmayan Cənubi Koreya və Trinidad və Tobaqo kollektivləri isə sonuncu yerləri tuturlar. Koreyalılar 1 xal qazandıqları üçün cənubiamerikalılardan bir pillə öndədirlər. 

 

DÇ, qadınlar

2 oktyabr

C qrupu

III tur

   Rusiya - Azərbaycan 3:0 (25:21, 25:21, 25:22)

   Trinidad və Tobaqo - Tayland 1:3 (17:25, 17:25, 25:23, 11:25)

   ABŞ - Cənubi Koreya 3:1 (19:25, 25:21, 25:21, 25:18)


Digər xəbərlər

Xəbər xətti