Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.
Ağdam təmsilçisi Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edəcək. London klubu təkcə "Qarabağ"la görüşün deyil, ümumilikdə turnirin favoritidir. Bununla belə, indiyədək İngiltərə klublarından xal ala bilməyən Qurban Qurbanovun komandası bu sindromu qırmağa çalışacaq.
4 oktyabr
Avropa Liqası, E qrupu
20:55 "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) 0:3
Qol: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Matteo Quendezi, 79
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.