Rəhimova yenə hamını qabaqladı

15:43 4 Oktyabr 2018

Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya Çempionatında növbəti turun oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi birinci qrup mərhələsinin son görüşündə Tayland ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Millimizin xalsız qaldığı bu qarşılaşmanın ən məhsuldar oyunçusu voleybolçumuz Polina Rəhimova olub. Hücumçumuz asiyalıları 25 dəfə məyus edib. O, bu xallardan 22-ni hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb. 

 

Komandamızdan Yana Kulan 14, Olena Həsənova 9, Aynur İmanova 7, Yelizaveta Səmədova 6, Odina Əliyeva 3, Yana Əzimova 2, Kristina Yaqubova 2, Natalya Məmmədova 1 xal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti