19 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.
Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0. Yığmamız hazırda 3-cü pillədədir.
Xatırladaq ki, seçmə mərhələnin oyunları Türkiyədə keçirilir.