"Araz" üçün formal oyun

12:21 6 Oktyabr 2018

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirəcək.

 

Sportaren.az xəbər verir ki, təmsilçimiz Slovakiyanın “Luçeneç” komandası ilə qarşılaşacaq. Oyunu Sven Eyxler (Almaniya), David Şerli (İsveçrə) və Kamil Çetin (Türkiyə) idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk iki oyunda “Vitis”ə (0:1) məğlub olub, “Valletta” ilə (1:1) heç-heçə edən komandamızın ehtiyatında 1 xal var. “Valletta” ilə eyni xalı olan Azərbaycan çempionu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Araz” elit-raunda çıxmaq şansını itirdiyindən “Luçeneç”lə qarşılaşma formal xarakter daşıyacaq.


Digər xəbərlər

Xəbər xətti