Millimiz İsveçrəyə böyük hesabla uduzdu

16:39 6 Oktyabr 2018

19 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gəlib. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un qapısından hər 3 topu Stefanie Veber (50, 69 (pen.), 90) keçirib.

 

Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0.

 

Xatırladaq ki, seçmə mərhələnin oyunları Türkiyədə keçirilir.


Digər xəbərlər

Xəbər xətti