Sabah qadın voleybolçular arasında Dünya Çempionatında ikinci mərhələ start götürəcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisi Yaponiyada təşkil olunan mundialda mübarizəni davam etdirir. Bu etapda F qrupunda yer alan komandamız ilk görüşünü İtaliyaya qarşı keçirəcək. Kifayət qədər güclü heyətə malik İtaliya yığması görüşün favoriti hesab olunur. Elə ikinci mərhələyə F qrupunun lideri kimi başlaması bu komandanın gücünü göstərir. Lakin avqustda keçirilən beynəlxalq turnirdə İtaliyanı məğlub edən millimizin də meydana uduzmaq üçün çıxmayacağı şübhəsizdir. Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 11:10-da start götürəcək.
DÇ, qadınlar
İkinci mərhələ
F qrupu
11:10 İtaliya - Azərbaycan