Famil Ağayev: "Etdiyimiz səhvlər üzündən məğlub olduq"

18:27 8 Oktyabr 2018

Yaponiyada təşkil olunan olunan qadın voleybolçular arasında Dünya Çempionatın mübarizə aparan Azərbaycan millisi növbəti dəfə məğlub olub.

 

 Sportarena.az xəbər verir ki, voleybolçularımız bu dəfə çinli həmkarlarına quru hesablı uduzublar. 


Komanfamızın köməkçi məşqçisi Famil Ağayev oyundan sonra təşkil olunan mətbuat konfransında yığmanın məğlubiyyəti haqqında dnaışıb: "Bugünkü rəqibi tanıyırdıq, çox güclü komandadır. Çalışdıq ki ən yaxşı oyunumuzu göstərək. Lakin qəbulda problem yaşadıq, rəqib servisdə çox yaxşı idi. Birinci və sonuncu setdə nisbətən yaxşı oynasaq da, sonradan etdiyimiz səhvlər üzündən məğlub olduq. İndi Türkiyə ilə oyuna hazırlaşacağıq. Ümid edirəm yaxşı olar".

 


Digər xəbərlər

Xəbər xətti