Vüqar Talıbov: "Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm"

21:39 8 Oktyabr 2018

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Vüqar Talıbov final görüşündən sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə 15 yaşlı idmançı Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib.

 

“Özümü çox xoşbəxt hiss edirəm. Ən əsası, Azərbaycana ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm. Federasiyamızın rəhbərliyinə və üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”, - V.Talıbov bildirib.

 

Qeyd edək ki, Vüqar Talıbov 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, yeniyetmələr arasında olimpiya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti